"Mançester Siti"nin rəsmisi Emerinin agentiylə görüşdü

01:35 - 29 May 2015

İspaniyalı mütəxəssis “şəhərlilər”i çalışdıra bilər 
 
“Sevilya” klubunu ardıcıl ikinci dəfə Avropa Liqası kubokunu qazandıran baş məşqçi Unai Emeri növbəti mövsüm “Mançester Siti”ni çalışdıra bilər.
 
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssisin agenti Jorje Mendeş “şəhərlilər”in idman direktoru Çiki Beiqistaynla görüşüb.
 
Həmin görüşdə tərəflər arasında əsas müzakirə mövzusu Unai Emerinin İngiltərə təmsilçisinə başçılıq etməsi olub. “Mançester Siti” klubunun rəsmisi Manuel Pelleqrininin məşqçi postunda qalıb-qalmayacağı məsələsinə baxılandan sonra agentə dəqiq məlumat verəcək.
 
Qeyd edək ki, Unai Emeriini “Real”, “Milan” və “Napoli” klublarının rəhbərliyi baş məşqçi postuna gətirmək istəyir. 

Xəbər xətti