Serxio Ramosdan "Real"ın rəhbərliyinə irad

02:42 - 2 İyun 2015

İspaniyalı frutbolçu Ançelottini müdafiə etdi      
 
Madrid "Real"ının aparıcı üzvü Serxio Ramos mövsümün sonunda baş məşqçi postundan uzaqlaşdırlıan Karlo Ançelottini müdafiə edib.
 
Sportal.az xəbər verir ki, ispaniyalı müdafiəçi Ançelottinin komandadan getməsinə belə irad bildirib:
 
"Klubla bağlı qərarları futbolçular deyil, rəhbərlik verir. Əgər rəhbərliyin yerində mən olsaydım, Ançelottini komandada saxlayardım. Ançelotti yalnız məşqçi kimi deyil, eyni zamanda yaxşı insan idi. İtaliyalı mütəxəssisin başçılığı altında  titullar qazandıq. Əfsuslar olsun ki,  onunla uzun müddət işləmək şansımız olmadı".

Xəbər xətti