Çempionlar Liqasında "Yuventus"la final matçından sonra "Barselona"dan ayrılacaq Xavi Hernandeslə vida mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, mərasimdə təcrübəli futbolçunun komanda yoldaşları, baş məşqçi Luis Enrike və kataloniyalıların əfsanəvi futbolçusu Yohan Kroyf da iştirak edib.
Xavi vida mərasimində gözyaşlarını saxlaya bilməyib. Futbolçu "Barselona"da ona dəstək olan hər kəsə təşəkkür edib. 35 yaşlı futbolçu yenidən bu kluba qayıdacağına inandığını deyib.
Qeyd edək ki, Xavi yeni mövsümdən Qətərin "Əl-Sədd" klubunun şərəfini qoruyacaq.