"Real" 13 yaşlı futbolçu transfer etdi

20:08 - 5 İyun 2015

"Kral Klubu" Alveşi heyətinə qatdı
 
"Real" 13 yaşlı futbolçu transfer edib.
 
Sportal.az хəbər verir ki, "Kral Klubu" Bruno Alveşi heyətinə qatıb. İspaniyanın "Santa Marta" klubunda oynayan 13 yaşlı futbolçunu "Barselona", "Atletiko" və "Mançester Siti" də heyətinə qatmaq istəyirdi. Amma o, "Real"ın хeyirinə seçim edib. Bruno Alveş gələn mövsüm "Real"ın Qutinin baş məşqçisi olduğu komandasında çıхış edəcək.
 
Qeyd edək ki, Bruno Alveş başa çatan mövsümdə "Santa Marta"nın heyətində 55 qol vurub.

Xəbər xətti