Unai Emeri əndəluslulara sadiq qaldı
Avropa Liqası kubokunu ardıcıl ikinci dəfə qazanan “Sevilya” klubu baş məşqçi Unai Emerini komandada saxlaya bilib.
Sportal.az xəbər verir ki, əndəluslular gələn ilin yayında anlaşması başa çatacaq təcrübəli mütəxəssislə müqaviləni 2017-ci ilə qədər artırıb.
İtaliyanın “Milan”, “Napoli” və İngiltərənin “Vest Hem” klublarından təkilf almasına rəğmən ispaniyalı baş məşqçi “Sevilya”da qalmağa üstünlük verib. Hətta ingilislər Emerini razı salmaq üçün mütəxəssis ilinə 4 milyon avro təklif edib.
saytlarin hazirlanmasi