Xosep Bartomeu: “Onunla yolları ayırmağımıza heç bir əsas yoxdur”
“Barselona” klubunun prezidenti Xosep Bartomeu baş məşqçi Luis Enrikeylə bağlı qərarını açıqlayıb.
Sportal.az xəbər verir ki, klub rəhbəri bu mövsüm “Barselona”ya 3 titul qazandıran çalışdırcıyla yollarına davam etdirəcəyini bəyan edib.
Klub prezidenti baş məşqçi Luis Enrikeni postunda saxlamasını belə izah edib:
“Luis Enrike baş məşqçi postunda qalacaq. Onun işindən razıyam. Əgər bir mövsümdə baş məşqçi komandaya 3 kubok qazandırıbsa, deməli işinin öhdəsindən lazımınca gəlir. Onunla yolları ayırmağımıza heç bir əsas yoxdur. Luis Enrike ilə “Barselona”nın növbəti mövsümdə də bu uğurları təkrarlayacağına ümid edirəm”.
saytlarin hazirlanmasi