Baş məşqçi daha iki Kataloniya təmsilçisində
"Barselona" baş məşqçisi Luis Enrike ilə müqaviləni yeniləyib.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssislə növbəti mövsümün sonu başa çatacaq müqavilənin müddəti 2017-cı ilin iyunun 30-na qədər uzadılıb.
Qeyd edək ki, L.Enrike 2014/2015 mövsümündə "Barselona" ilə üç kubok (La Liqa, Çempionlar Liqası, İspaniya kuboku) qazanıb.
saytlarin hazirlanmasi