"İspaniyada belə şeylər bağışlanmır"
“Barselona” klubunun sabiq kapitanı Xavi Hernandes braziliyalı ulduz Neymara məsləhət verib.
Sportal.az xəbər verir ki, 35 yaşlı ispaniyalı futbolçu ölkə kubokunun finalında “Atletik”lə oyunda braziliyalı ulduzun etdiyi hərəkəti peşəkarlığa yaraşdırmayıb.
Həlledici görüşün sonunda Neymarın fintlər göstərərək vaxtı uzatması “Atletik”li azarkeşləri özündən çıxarıb. Neymarın hərəkətlərinə göz yummayan basklı fanatlar oyundan sonra braziliaylını vurmaq istəyib.
Çempionluq yürüşündə azarkeşlərlə görüşdə Xavi komanda yoldaşını niyə kənara itələdiyini də açıqlayıb:
“Neymar hərəkətlərinə fikir verməlidir. Onun finalda etdiyi hərəkət peşəkarlığa yaraşmır. Bu yolla braziliyalı futbolçu azarkeşlərin rəğbətini deyil, nifrətini qazanır. Ola bilsin ki, Braziliyada azarkeşlər belə şouları qəbul edirlər. Ancaq İspaniyada belə şeylər bağışlanmır. Yəni bunu azarkeşlər özlərinə təhqir kimi qəbul edirlər”.
saytlarin hazirlanmasi