Daha 5 il komandada
Amerika Kubokundan sonra "Barselona"nın futbolçusu Neymar klubla olan müqaviləsini yeniləyəcək.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 23 yaşlı forvard yeni müqaviləyə əsasən 2020-ci ilə qədər "katalonlar"ın şərəfini qoruyacaq. Müqavilənin şərtlərinə görə isə, braziliyalı illik 12 milyon avro qazanacaq.
Qeyd edək ki, Neymar bu qazancla Messidən sonra klubda ən çox maaş alan ikinci futbolçu olacaq.
saytlarin hazirlanmasi