İspaniyalı veteran futbolçu “Fuenlabrad”ı çalışdıracaq
İspaniya millisinin sabiq hücumçusu Fernando Moryentes ilk dəfə olaraq peşəkar komandada özünü baş məşqçi olaraq sınayacaq.
Sportal.az xəbər verir ki, 39 yaşlı veteran İspaniyanın 3-cu Liqasında mübarizə aparan “Fuenlabrad” klubuna baş məşqçi təyin olunub.
Tərəflər arasında razılığa əsasən, Moryentes aşağı dəstə təmsilçisinə iki başçılıq edəcək. Klub rəhbərliyi baş məşqçinin qarşısına komandanı 2-ci Liqaya çıxarmaq məqsədini qoyub. Futbolçu karyerası ərzində ispaniyalı forvard “Real”, “Valensiya” və “Liverpul” klublarında forma geyinib.
Qeyd edək ki, Fernando Moryentes 2012-2014-cü illərdə Madrid təmsilçisnin aşağı yaş qruplarında baş məşçi kimi çılışıb.
saytlarin hazirlanmasi