"Komandadan ayrılacağımla bağlı heç kəslə danışmadım"
"Real"ın hücumçusu Kriştiano Ronaldo komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu Madrid klubundan ayrılmayacağını deyib:
"Dünyanın ən böyük klublarından birindəyəm və çox xoşbəxtəm. İşimə köklənmişəm və özümə güvənirəm. Komandamla yenidən uğurlu mövsüm yaşayacam. Burada daha çox kuboklar qazanmaq istəyirəm.
Komandadan ayrılacağımla bağlı heç kəslə danışmadım. Açıqlamalar da vermədim. Bu tip xəbərlər klubumda aranı qarışdırmaq üçün yayılır. Ümid edirəm ki, bu xəbərlərə son qoyulacaq. "Real"da hər şey yolundadır".
Qeyd edək ki, Ronaldonun yenidən sabiq komandası "Mançester Yunayted"ə qayıdacağı iddia olunur.
saytlarin hazirlanmasi