Mark Bartra kataloniyalılarla razılığa gələcəkmi?
“Barselona” rəhbərliyi müdafiəçi Mark Bartrayla müqavilə yeniləməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsi 2017-ci ilin yayında başa çatacaq.
“Barselona”nın yetirməsi sayılan Mark Bartra 2010-cu ildə əsas komandaya cəlb olunub. İstedadlı müdafiəçini düşərgədə saxlamağa çalışan klub rəhbərliyi ona 3 illik yeni müqavilə bağlamağı təklif edib.
xatırladaq ki, La Liqada 14 oyun keçirən müdafiəçi 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi