Ramos son qərarını verdi

18:52 - 3 İyul 2015

Maliyyə məsələsində razılıq əldə olunmayıb
 
"Real"ın müdafiəçisi Serxio Ramos gələcək karyerası ilə bağlı yekun qərarını açıqlayıb.
 
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu "Real"dan getmək qərarı verib.
 
Klub rəhbərliyi ilə maliyyə məsələsində razılığa gələ bilməyən Ramosun karyerasını hansı klubda davam etdirəcəyi hələlik məlum deyil. 
 
Qeyd edək ki, Ramos "Real"da ilinə 10 milyon avro tələb etsə də, klubun prezidenti Florentina Perez bu məbləğlə razılaşmayıb.

Xəbər xətti