Kasilyas "Real" Madridlə göz yaşları ilə vidalaşdı VİDEO

18:18 - 12 İyul 2015

"Hala Madrid" deməyə davam edəcəm”

 

"Real" Madridin əfsanəsi İker Kasilyas komandadan ayrılması ilə əlaqədar mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, jurnalistlər önünə çıxan qolkiper sonda gözyaşlarını saxlaya bilməyib. 

 
"Real" mənə sadəcə idmançı olmağı yox, həm də insanlığı öyrətdi. Bütün məşqçilərimdən çox şey öyrəndim. Onların bu səviyyəyə gəlməyimdə böyük rolu olub. Dəstəyə görə azarkeşlərimizə təşəkkür edirəm. Mənə çətin vaxtlarımda dəstək verdilər. Mən yaxşı və ya pis qapıçı kimi yox, bütün səhvlərimlə birlikdə yaxşı bir insan kimi xatırlanmaq istəyirəm. Hara getməyimdən asılı olmayaraq hər zaman "Hala Madrid" deməyə davam edəcəm"

 

Qeyd edək ki, təcrübəli əlcək sahibi növbəti mövsümdən "Porto"nun şərəfini qoruyacaq.

 

Xəbər xətti