Arda ilə bağlı müraciət qəbul olunmadı

16:38 - 15 İyul 2015

Yanvar ayınadək meydana çıxa bilməyəcək

 

FİFA "Barselona"nın Arda Turanla bağlı olan tələbinə rədd cavabı verib.

 

Sportal.az xəbər verir ki, türkiyəli futbolçu yanvar ayınadək kataloniyalıların heyətində heç bir rəsmi və ya qeyri-rəsmi oyuna çıxa bilməyəcək.


“Barselona” bir neçə gün öncə Ardanı yoxlama oyunlarında meydana çıxması üçün FİFA-ya müraciət etmişdi. Lakin ali futbol qurumu bu müraciətə rədd cavabı verib. Buna səbəb kimi isə futbolçunun "Barselona"da qeydiyatda olmaması göstərilib. Kataloniya təmsilçisi Ardanın xidmətindən hər il ənənəvi olaraq keçirilən "Xuan Qamper" kubokunda və təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoldaşlıq görüşlərində istifadə etmək istəyirdi.

Xəbər xətti