İcarəyə veriləcək
“Barselona” rəhbərliyi bu yay heyətə cəlb olunan və daha əvvəl icarəyə verilməyəcəyini açıqladığı Arda Turan haqında fikrini dəyişib.
Sportal.az xəbər verir ki, FİFA-nın cəzası ilə əlaqədar türk futbolçunu həm rəsmi, həm də hazırlıq oyunlarında oynatmağa icazə verilmədiyi üçün katalonlar onu formasını itirməməsi üçün yarım mövsümlük başqa kluba yollamaq barəsində düşünür.
Türk Yarımmüdafiəçi ya La Liqa klublarından birinə, ya da öz ölkəsinin klublarına icarəyə veriləcək. Ancaq bu keçiddə əsas şərt Ardanın Çempionlar Liqasında oynamaması olacaq.
saytlarin hazirlanmasi