Arda və Aleks burada qalacaqlar
"Barselona" yeni transferi Arda Turanla əlaqəli son qərarını verib.
Sportal.az xəbər verir ki, ispan klubunun baş məşqçisi Luis Enrike türk futbolçu ilə bağlı son qərarını açıqlayıb:"Arda və Aleks burada qalacaqlar. Onlar yanvaradək formada qalmaq üçün komanda ilə birgə məşq edəcəklər".
Qeyd edək ki, “Barselona”nınprezidenti Josep Bartomeu Arda Turanın yanvaradək hansısa kluba icarə veriləcəyini bildirmişdi.
saytlarin hazirlanmasi