Əmsallar açıqlandı: "Qəbələ" favoritdi, "İnter"ə isə güvənmirlər

17:47 - 4 Avqust 2015

Avropa Liqası

 

"Topaz" Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşləri üçün əmsalları açıqlayıb.

 

Sportal.az xəbər verir ki bukmeyker kontoru "Qəbələ"ni "Apollonla qarşılaşmanın favoroti hesab edir. Belə ki, "qırmızı-qaralar"ın qələbəsi 2.25 əmsalla qiymətləndirilir. Kipr təmsilçisinin qələbəsi 2,60, matçın heç-heçə bitməsi isə 3,10 əmsala bərabərdi

 

Mərc oyunu "Atletik"lə qarşılaşacaq "İnter"ə isə güvənmir. Belə ki, "bankirlər"in qələbəsi 4,80 əmsaldı. İspanların qələbəsi 1,50, qarşılaşmanın bərabərliklə başa çatması isə 3,70 əmsalla qiymətləndirilir.

 

Qeyd edək ki, hər 2 matç saat avqustun 6-sı 21:00-da başlayacaq.

Xəbər xətti