Uruqvaylı futbolçu "Atletiko"yla müqaviləni yenilədi

02:53 - 13 Avqust 2015

Dieqo Qodin madridlilərə sadiq qaldı
 
Madridin "Atletiko" klubu müdafiəçisi Dieqo Qodinlə müqaviləsinin müddətini uzadıb.
 
Sportal.az xəbər verir ki, uruqvaylı futbolçu madridlilərlə bir illik müqavilə imzalayıb.
 
Klubla müqaviləsi 2018-ci ildə başa çatacaq Qodinin yeni anlaşmaya əsasən 2019-cu ilə qədər "Atletiko"nun uğurları üçün tərk tökəcək. Bundan başqa, futbolçunun maaşı da 6 milyon avroya qədər yüksəlib.
 
Qeyd edək ki, "Mançester Siti" Qodini transfer etmək istəsə də, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone təcrübəli futbolçunun komandada qalmasını istəyib. 

Xəbər xətti