Qarşılaşmada iki qol
İspaniya Superkubokunda final matçının cavab qarşılaşmasında "Barselona" doğma meydanda "Atletik"i (Bilbao) qəbul edib.
Sportal.az xəbər verir ki, ilk matçda 4:0 hesabı ilə məğlub olan kataloniyalılar bu matçda möcüzəni həyata keçirə bilməyib. Belə ki, 43-cü dəqiqədə Messi hesabı açsa da, 74-cü dəqiqədə "Atletik"in futbolçusu Adurizin vurduğu qol yekun nəticəni müəyyənləşdirib. İki matçın nəticəsinə görə "Atletik" 5:1 hesabı ilə qalib gələrək Superkubokun sahibi olub.
saytlarin hazirlanmasi