"Anan fahişədir" sözlərini deyib
"Barselona"nın futbolçusu Jerard Pike növbəti dəfə dünən “Atletik”ə qarşı keçirilən superkubokun cavab
Sportal.az xəbər verir ki, matçın 56-cı dəqiqəsində Pike yan xətt hakiminə "Anan fahişədir" sözlərini deyib. Bundan sonra futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub. Görüşün baş hakimi Velasko Karballonun Pikenin bu hərəkəti barədə matçın protokolunda qeyd etdiyi bildirilib.
İspaniya mətbuatı Pikenin söyüş söydüyü üçün 4-12 oyun arasında cəzalandırıla biləcəyini yazıb.
Qeyd edək ki, Pike bir neçə gün əvvəl UEFA superkubokunu qazandıqları oyundan sonra əzəli rəqibləri "Real"ı söyüb.
saytlarin hazirlanmasi