Pikeyə 4 oyunluq cəza verildi

17:15 - 19 Avqust 2015

Hakimi təhqir etdiyinə görə

 

İspaniya superkubokunun "Atletik"lə cavab matçında yan xətt hakimini təhqir edən "Barselona"nın futbolçusu Jerar Pikenin cəzası bəlli olub.

 

Sportal.az xəbər verir ki, İspaniya Futbol Federasiyası 28 yaşlı futbolçunu cəzalandırıb.

 

"Atletik"lə matçın 56-cı dəqiqəsində yan xətt hakimini söydüyü üçün meydandan qovulan Pike qarşıdakı 4 oyunda komandasına kömək edə bilməyəcək. O, La Liqada "Atletik", "Malaqa", "Atletiko" və "Levante" ilə oyunları buraxmalı olacaq.

Xəbər xətti