"Barselona"nın müraciəti rədd edildi

16:39 - 12 Sentyabr 2015

"Atletiko"ya qarşı oynamayacaq
 
İspaniya İdman Arbitraj Məhkəməsi "Barselona"nın Pikenin cəzasının yüngülləşdirməsi ilə bağlı müraciətinə baxıb.
 
Sportal.az xəbər verir ki, Kataloniya klubu Cerard Pikeyə verilən 4 oyunluq cəzanın azaldılması ilə bağlı müraciəti təmin edilməyib. Bununla da təcrübəli müdafiəçi La Liqanın III turunda "Atletiko"ya qarşı matçda oynamayacaq.
 
Pike İspaniya Superkubunda "Atletik"lə oyunda yan xətt hakimini təhqir etdiyi üçün cəzalandırıb. 
 
Pikenin hazırda iki oyunluq cəzası qalıb. Ancaq "Barsa" diskvalifikasiya müddətinin 3 oyuna endirilməsinə ümid edir ki, Pike sentyabrın 20-də "Levante"yə qarşı oynaya bilsin.

Xəbər xətti