Kataloniya təmsilçisindən əzmkar qələbə
İspaniya La Liqasında 3-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Atletiko" doğma meydanda "Barselona"nı qəbul edib. Kataloniya təmsilçisi səfərdə 1:0 hesabı ilə geridə olmasına baxmayaraq iki ardıcıl qol vuraraq 2:1 hesabı ilə qələbə qazanıb.
51-ci dəqiqədə "Atletiko"dan Fernando Torres hesabı açıb, cəmi bu qoldan 3 dəqiqə sonra Neymar bərabərlik qoluna imza atıb. Oyuna ehtiyyat oyunçular skamyasında başlayan Messi 60-ci dəqiqədə meydana daxil olub və 77-ci dəqiqədə komandasının qələbə topunun müəllifi olub.
saytlarin hazirlanmasi