Ronaldo Raulu geridə qoyaraq "Real"ın tarixinə düşdü

13:14 - 13 Sentyabr 2015

230 qolla...

 

İspaniya La Liqasının III turu çərçivəsində səfərdə "Espanyol"un qonağı olan "Real" 6:0 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, bu görüşdə 5 qol vuraraq penta-trikə imza atan "Kral" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo yeni rekord müəyyənləşdirib. 

 

Belə ki, Ronaldo "Real"ın heyətində qol hesabını 23-a çatdıraraq klub tarixində ən çox qol vurmuş futbolçu olub. Bu ana qədər ən çox qol vuran futbolçu 228 qolla əfsanəvi futbolçu Raul olub.

Xəbər xətti