Rafinya mövsümü erkən başa vurdu
"Roma" ilə matçda dizindən zədələnən "Barselona"nın yarımmüdafiəçisi Rafinya Alkantara mövsümü erkən başa vurub
Sportal.az xəbər verir ki, meydana 61-ci dəqiqədə daxil olan Rafinya matçın 65-ci dəqiqəsində "Roma"nın yarımmüdafiəçisi Raca Naynqolanla mübarizədə zədələnərək meydanı tərk edib.
Qeyd edək ki, "Roma" "Barselona" matçı 1:1 hesabı ilə başa çatıb.
saytlarin hazirlanmasi