"Barselona" Arda Turana görə FİFA-ya şikayət edir
"Roma - "Barselona" matçında Rafinyanın zədələnərək mövsümü erkən başa vurduğunu xəbər vermişdik.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Barselona" yarımmüdafiə xəttində yaranan boşluğa görə FİFA-ya şikayət edəcək.
Belə ki, yeni transferlərdən olan Arda Turan "Barselona"nın FİFA-dan aldığı transfer cəzasına görə yalnız komandaya yanvar ayından kömək edə bilər. Lakin "Barselona" bu məsələ ilə bağlı FİFA-ya şikayət edərək Arda Turanın yanvar ayından tez oynamasını istəyəcək.
saytlarin hazirlanmasi