Beylin son durumu məlum oldu
Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Şaxtyor"la oyunda (4:0) zədələnən "Real"ın futbolçusu Qaret Beylin durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, tibbi müayinədən keçən uelsli futbolçunun ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı məlum olub. "Şaxtyor"la oyunda əzələsini dartan 26 yaşlı matçın 31-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Beyl bu mövsüm "Real"ın heyətində keçirdiyi 4 oyunda 2 qol vurub.
saytlarin hazirlanmasi