Keylor Navas sabiq həmkarının yolu ilə gedir
İspaniya La Liqasının 4-cü turunda Madrid “Real”ı doğma meydanda “Qranada”ya 1:0 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, bu qarşılaşma Madrid təmsilçisinin qapıçısı Keylor Navas üçün əlamətdar olub.
Belə ki, “çərçivəni” toxunulmaz saxlayan 28 yaşlı kosta-rikalı kiper “Real”lı sabiq həmkarı Migel Angexelin rekordunu təkrarlayıb.
Qeyd edək ki, 1975-ci ildə “Kral klubu”nda forma geyinən Migel Anxel çempionatın ilk 4 turunda qapısından qol buraxmayaraq tarixə düşüb.
saytlarin hazirlanmasi