"Atletiko"nun zədəlisi ən azı 2 həftə oynamayacaq

01:34 - 22 Sentyabr 2015

Kokenin son durumu məlum oldu
 
"Atletiko"nun futbolçusu Koke zədələnərək sırada çıxıb.
 
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, "Eybar"la qarşılaşmada sağ ayağından zədə alan ispaniyalı futbolçu oyunu davam etdirə bilməyib. Tibbi müayinədən keçən 23 yaşlı yarımmüdafiəçi iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
 
Qeyd edək ki, Koke cari mövsüm keçirdiyi 5 oyunda 1 dəfə fərqlənə bilib.

Xəbər xətti