"Müzakirə ediləsi heç nə yoxdur"
"Barselona"nın baş məşqçisi Luis Enrike "Levante" ilə matçda penaltini qaçıran Lionel Messi haqda fikirlərini bölüşüb.
Sportal.az sizi həmin açıqlamalarla tanış edir:
"Messiyə güvənimiz sonsuzdur. Burada çox müzakirə ediləsi heç nə yoxdur. Messi penalti zərbələrini yerinə yetirməkdə davam edəcək. Bu qədər sadə".
Qeyd edək ki, Lionel Messi karyerasında 63 penaltidən 15-ni qeyri-dəqiq yerinə yetirib.
saytlarin hazirlanmasi