Xames Rodriqes sıradan çıxıb
İspaniyanın "Real" klubu daha bir aparıcı futbolçusunu itirib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin Kolumbiyalı yarımmüdafiəçisi Xames Rodriqes sıradan çıxıb. Dizindən zədə alan 24 yaşlı futbolçunun iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Belə olan halda Rodriqes Kolumbiya millisinin Peru və Uruqvayla keçiriləcək qarşılaşmalarını və İspaniya La Liqasında "Levante" ilə matçı buraxmalı olacaq
saytlarin hazirlanmasi