"Barselona" Arda Turan üçün növbəti dəfə müraciət etdi

21:50 - 7 Oktyabr 2015

Müsbət cavab gəlsə, futbolçu yanvarı gözləməyəcək
 
"Barselona" futbolçusu Arda Turan üçün Beynəlxalq Arbitraj məhkəməsinə (CAS) müraciət edib.
 
Sportal.az xəbər verir ki, Kataloniya klubu zədəli futbolçusu Rafinyanın əvəzinə Arda Turanın adının La Liqasının iştirak ərizəsinə salınmasını xahiş edib.
 
Qeyd edək ki, İspaniya Futbol Federasiyası "Barselona"nın bu istəyinə razılıq verib. Ancaq Kataloniya klubu FİFA-dan müsbət cavab almayıb.

Xəbər xətti