Daniel Alveş keçmiş klubuna qayıdacaq

14:48 - 23 Fevral 2016

"Karyeramın sonuna qədər "Barselona"da qalmayacam"
 
"Barselona"nın braziliyalı futbolçusu Daniel Alveş gələcək karyerasından danışıb.
 
Sportal.az xəbər verir ki,32 yaşlı müdafiəçi keçmiş klubu "Bahia"ya qayıdacağını bildirib:
 
"Söz vermişəm ki, bir gün keçmiş komandam "Bahia"ya dönəcəm. Karyeramın sonuna qədər "Barselona"da qalmayacam. "Bahia" məni futbolçu kimi yetişdirib. Ona görə də, yuvama qayıdacam. Avropada əyləncəli və gözəl karyera yaşadım".
 
Qeyd edək ki, 2008-ci ildə "Sevilya"dan "Barselona"ya transfer oluna Alveş 350-dən çox oyun keçirib və 5 La Liqa, 3 Kral kuboku və 3 dəfə ÇL çempionluğu yaşayıb.

Xəbər xətti