Zinəddin Zidan: "Başımın keçəl olmasını kompleks etmirəm" FOTO

00:36 - 24 Fevral 2016

"Futbolçuları başa düşürəm"
 
Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan GQ jurnalına maraqlı açıqlamalar verib.
 
Sportal.az xəbər verir ki, fransalı mütəxəssis işinin çətin olduğunu bildirib:
 
"Baş məşqçi olaraq futbolçuların nə istədiklərini bilirəm və onları başa düşürəm. Futbolçulara hər zaman dəstək olmaq lazımdır. Düzdür, istisna hallar da var. İşimin çətin olduğunu anlayıram və bunun öhdəsindən gəlmək istəyirəm"
 
GQ jurnalının üz qabığnda "Güzgüdəki Zidan" başlığı ilə verilən reportajda Zidan başının keçəl olmasını özünə kompleks etmədiyini söyləyib:
 
"Mən heç vaxt başımın keçəl olmasını kompleks etmirəm. Bu, adi bir haldır. Mən keçmişimi unudan insan deyiləm. Böyüdüyüm yerləri və yaşadığım çətinlikləri unutmuram".
 

Xəbər xətti