"Neftçi" Vəli Qasımovla bağlı qərarını açıqladı

13:13 - 1 Sentyabr 2016

"Neftçi”nin Müşahidə Şurasının avqustun 27-də keçirdiyi iclasda klubun fəaliyyəti ilə bağlı verilən qərarlar açıqlanıb.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu baş məşqçi Vəli Qasımovla bağlı yekun qərarını verib:

 

"Vəli Qasımovun qarşısına əsas komandanın premyer liqanı ilk 3-lükdə bitirərək mükafatçılar siyahısına düşməsi və avrokuboklara vəsiqə qazanması vəzifələri qoyulmuşdur, Baş məşqi komandanın nəticələrinə görə birbaşa məsuliyyət daşıyır. Bununla yanaşı Müşahidə Şurası komandanın idman nəticələrinə görə birbaşa məsuliyyət daşımır. Müşahidə Şurasının məsuliyyət dairəsinə klubun strategiyası, transfer siyasəti və idman prinsiplərinin təsdiqi daxildir. Həmçinin klubda fəaliyyət göstərən texniki komitənin işinin təkmilləşdirilməsi istiqamətində də işlər görüləcəkdir".

Xəbər xətti