"Neftçi”nin əsas və əvəzedici komandaları arasında yoxlama oyunu keçirilib.
Sportal.az xəbər verir ki, İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutmuş görüş əsas komandanın 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Əsas komandadan Jayro və Katalin Tira fərqlənib. Bir dəfə isə avtoqol qeydə alınıb. Əvəzedicilərin qolunu İbrahim Əliyev vurub.
Qeyd edək ki, əsas heyətin 10 futbolçusu – 6-sı milli komandaların düşərgəsində olduğundan, 4-ü isə zədə səbəbindən oyunda iştirak etməyib.
saytlarin hazirlanmasi