"Arsenal" aparıcı futbolçularından olan Məsut özillə müqavilə müddətini uzatmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, bu haqda alman futbolçu özü məlumat verib. Türk əsilli yarımmüdafiəçi London klubu ilə yeni müqavilə ilə bağlı danışıqların getdiyini bildirib: "Arsenal"la 2018-ci ilədək müqaviləm var. Yeni sözləşmə ilə bağlı danışıq aparırıq. İndi milli komandanın düşərgəsindəyəm və sadəcə millini düşünmək istəyirəm. Bundan sonra danışıqlarımız davam edəcək".
Qeyd edək ki, 27 yaşlı ulduz futbolçu "Arsenal"a 2013-cü ildə "Real" Madriddən transfer olub. O, "topçular"ın heyətində meydana çıxdığı 83 qarşılaşmada 15 dəfə fərqlənib.
saytlarin hazirlanmasi