DÇ-2018-in seçmə mərhələsində Xorvatiya millisinin qonağı olacaq Türkiyə millisi ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın gənc futbolçusu Enes Ünal zədələnib. Hollandiyanın "Tvente"  klubunun futbolçusu son məşqlərin birində qasıq nahiyəsindən zədə aldığı üçün millinin heyətindən kənarlaşdırılıb.
 
Qeyd edək ki, Xorvatiya - Türkiyə matçı bu gün Bakı vaxtı ilə 22:45-də baş tutacaq.
saytlarin hazirlanmasi
     
                    