İngiltərə millisinin və "Liverpul"un əfsanəvi futbolçusu Stiven Cerrard karyerası ilə bağlı önəmli qərar qəbul edib.
Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını başa vurub. O açıqlmasında bunları söyləyib:
"İnanılmaz karyeram oldu, hər anına görə xoşbəxtəm. 1998-ci ildə "Bləkbörn"ə qarşı keçirdiyim ilk oyundan sonra nələrin baş verəcəyini xəyallarımda canlandıra bilmirdim. Özümü çox şanslı hesab edirəm. "Liverpul"da uzun illər oynadım, kapitan oldum. Buna görə qürur duyuram..."
Qeyd edək ki, Cerrardın son klubu "Los-Anceles Qalaksi" olub.
O, "Liverpul"un heyətində FA Cup (2 dəfə), Liqa kuboku (3 dəfə), Çempionlar Liqası, UEFA kuboku və UEFA superkubokunun qalibi olub. Stiven İngiltərə millisinin heyətində 114 oyun keçirib və 21 qol vurub.
saytlarin hazirlanmasi