Mövsümün əvvəlində "Mançester Yunayted"lə 1+1 illik müqavilə imzalayan Zlatan İbrahimoviçin Premyer Liqa klubundakı taleyi maraqla gözlənilir.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo 35 yaşlı forvardın komandada qalıb qalmayacağıyla bağlı açıqlma verib. Avropa Liqası qrup mərhələsi çərçivəsində "Feyenord"la matçdan əvvəl keçirilən mətbuat konfransında portuqaliyalı çalışdırıcı bu məsələyə aydınlqı gətirib:
"İbrahimoviçin durumu göz qabağındadı. Müqaviləsi 1+1 illikdi və biz bundan məmnunuq. Onunla müqaviləni uzadacağıq və Zlatan növbəti mövsümdə də bizimlə olacaq. O da burada xoşbəxtdi və komandaya bağlıdı".
saytlarin hazirlanmasi