Ötən mövsüm məhsuldarlığı ilə seçilən “Lester Siti”inn hücumçusu Ceymi Vardi cari mövsümdə 14 oyundur ki, qol vurmur.
Sportal.az xəbər verir ki, "tülkülər"in baş məşqçisi Klaudio Ranyeri Vardinin qol susqunluğundan danışıb:
“Vardi artıq məşqlərdə belə qol vura bilmir. Müdafiəçilər də ona xüsusi diqqət ayırır. Çempionlar Liqasında uğurlu mübarizə aparsaq da, Premyer Liqada işlərimiz qaydasında getmir. Ceymi Vardini qol vurmadığı üçün heç vaxt gərgin görə bilmərsiz. O, hər zaman olduğu kimi gülərüzdü”.
Qeyd edək ki, Vardi İngiltərə Premyer Liqasının cari mövsümündə son qolunu sentyabrın 10-da, “Liverpul”a vurub. 29 yaşlı hücumçu çempionatda 356 dəqiqədir ki, fərqlənə bilmir.
saytlarin hazirlanmasi