"Cerrard mənimlə danışanda gözlərimin içinə baxmağa qorxurdu"

18:57 - 25 Noyabr 2016

Uzun illər İngiltərə Premyer Liqasında çıxış etmiş, bir dönəm "Liverpul"un da formasını geymiş olan Əl-Hadji Diuf Stiven Cerrardı tənqid edib və onun haqqında maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, seneqallı veteran futbolçu karyerasını başa vuran "Liverpul"un əfsanəsi olan Cerrardın ünvanına sərt sözlər səsləndirib. Diuf İngiltərə millisinin sabiq üzvünün yaxşı futbolçu olsa da, yaxşı insan olmadığını deyib:

 

"Liverpul"da gəldiyim zaman ona əslində heç bir şey olmadığını göstərdim. Cerrard bir Zidan deyil. Ona sayğı duyuram. Çox yaxşı futbolçu olub, amma yaxşı insan deyil. Mənim üçün özəl biri deyil. Necə oynamaq lazım olduğunu bilən futbolçudu, lakin soyunub-geyinmə otağında baş verənləri gedib baş məşqçiyə çatdırmamalıdı".

 

Cerrardın ondan çəkindiyini qeyd edən Diuf "Açıq sözlü olduğumu bilir. Mənimlə danışarkən gözlərimin içinə baxmaqdan qorxurdu" deyə fikirlərini yekunlaşdırıb.

Xəbər xətti