"Çelsi"nin futbolçusu: "Özümə problem yaratmamaq üçün susuram"

19:35 - 25 Noyabr 2016

"Çelsi"nin təcrübəli futbolçularında olan Con Obi Mikel komandadan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, Con Terridən sonra ən uzun müddət London klubunda çıxış edən 29 yaşlı futbolçu ayrılıq barədə düşünür. Yay Olimpiya Oyunlarında Nigeriya milli komandasının heyətində iştirak etdiyi üçün baş məşqçi Antonio Konteylə arası dəyən təcrübəli futbolçu bu mövsüm Premyer Liqada forma şansı qazanmayıb və belə durum onu qane etmir.

 

"BBC"yə açıqlama verən Obi Mikel "Mən üzərimə düşən məsuliyyətlərdən qaçan biri deyiləm. Baş məşqçimiz Olimpiya Oyunlarına getdiyim və mövsüm öncəsi hazırlıqlara qatılmadığım üçün komandanı ciddiyə almadığımı düşünür. Onu inandırmaq üçün əlimdən gələni edirəm, amma inanmırsan nəsə edə bilmərəm. Yanvar ayında nələrin olacağını görəcəyik" ifadələrini işlədib.

 

"Çelsi"də böyük uğurlar qazandığını bildirəm futbolçu "Mən bu klubun ən yaxşı illərinin bir parçasıyam. Mən gəlməmişdən öncə komanda Çempionlar Liqasının qalibi olmamışdı. ÇL-nin qalibi olduğumuz həmin finalın ən yaxşı oyunçusu seçildim. 400-ə yaxın oyunda meydana çıxdım və adımı klubun tarixinə qızıl hərflərlə yazdırdım. Heç bir peşmanlığım yoxdu. Çox şey deyə bilərəm, amma özümə problem yaratmamaq üçün susuram" deyib.

 

Qeyd edək ki, Obi Mikel "Çelsi" formasıyla 2 Premyer Liqa, 1 Çempionlar Liqası, 1 Avropa Liqası çempionluğu qazanıb.

Xəbər xətti