"Mançester Siti" müdafiəçisini itirdi

00:42 - 26 Noyabr 2016

"Mançester Siti"nin heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər"in aparıcı futbolçularından olan Vensan Kompani tibbi müayinədən keçib. Klubun rəsmi saytından 30 yaşlı müdafiəçinin 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. 

 

Qeyd edək ki, belçikalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Borussiya"ya (Münhenqladbax) qarşı oyunda (1 - 1) zədələnib.

Xəbər xətti