Norveç millisinin və “Liverpul”un sabiq üzvü Yon Arne Rize 2017-ci ildən məşqçi kimi fəaliyyətə başlayacaq.
Sportal.az xəbər verir ki, bu barədə sabiq yarımmüdafiəçi şəxsi “instagram” hesabında məlumat verib. O, gələn ildən etibarən sabiq klubu “Liverpul”un akademiyasında məşqçi kimi çalışmağa başlayacağını açıqlayıb.
Rize 2001/08-ci illər aralığında “qırmızılar”ın şərəfini qoruyub.
Sabiq futbolçu bu ilin iyun ayında futbolçu karyerasına son qoyub.
saytlarin hazirlanmasi