İngiltərə millisinin üzvü Ueyn Runi adını "Mançester Yunayted"in tarixinə yazdırıb.
Sportal.az xəbər verir ki, o, "qırmızı-şeytanlar"ın avrokuboklarda ən çox qol vuran futbolçusudur. Avropa Liqasının V turun çərçivəsində "Feyenoord"la keçirilən qarşılaşmada fərqlənən Runi qollarının sayını 39-a çatdırıb. O, bu göstərici ilə Ruud van Nisterlooyu geridə qoyub.
Qeyd edək ki, ümumilikdə 249 qolla klub tarixinin ən çox qol vuran futbolçusu Bobbi Çarltonu keçmək üçün Runi daha 2 qola imza atmalıdı.
saytlarin hazirlanmasi