Mövsümə yaxşı başlayan "Arsenal"ın aparıcı futbolçularından olan Teo Uolkott həyat yoldaşıyla maraqlı bir mərcə girib.
Sportal.az xəbər verir ki, Premyer Liqada möhtəşəm mövsüm keçirən London klubunun uğurlu çıxışının əsas səbəbkarlarından biri də 27 yaşlı hücumçudu. İngiltərə çempionatında meydana çıxdığı 12 matçda 6, Çempionlar Liqasındakı 3 matçda isə 3 qol vuran futbolçu 1 qol da vursa həyat yoldaşından hədiyyə qazanacaq.
13-cü turda "Bornmut" üzərində qazanılan 3 - 1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandıran İngiltərə millisinin üzvü həyat yoldaşıyla girdikləri mərc haqda danışıb. O, Milad bayramına, yəni dekabrın 26-dək bir qol da vursa hədiyyəyə sahib olacağını bildirib:
"10 qola mütləq çatmaq istəyirəm. Belə olan halda həyat yoldaşımdan qəhvə aparatı qazanacam. Mənə "Milada qədər 10 qol vursan, sənə qəhvə aparatı alacam" deyib. İndi etməli olduğum yeganə şey 1 qol da vurub gözləməkdi. Ümid edirəm sözünün üstündə durar.
Bundan başqa vurduğum qollara görə çox xoşbəxtəm. Amma daha önəmli olan komandamın yaxşı çıxış etməsidi. "Liverpul"la oyundan sonra 19 matçın heç birində məğlub olmamışıq. Bunu davam etdirmək istəyirik".
saytlarin hazirlanmasi