Koutinyo üçün il başa çatdı

00:23 - 29 Noyabr 2016

İngiltərə Premyer Liqasının XIII turunda "Sanderlend”lə matçda (2:0) zədə alan "Liverpul”un futbolçusu Fillipe Koutinyonun durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, zədəsi ciddi olan futbolçu uzun müddət komandasına kömək edə bilməyəcək. 
 
"Daily Mail”də yer alan xəbərə görə, Koutinyonun tibbi müayinəsinin cavabları bu gün açıqlanıb. Sağ ayağında zədə aşkarlanan futbolçunun əməliyyat olunmayacağı, ancaq 5-6 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
 
Belə olan halda, braziliyalı futbolçu üçün cari ilin bitdiyi aydınlaşıb. Gənc futbolçunun 2017-ci ilik yanvarından komanda ilə birgə məşqlərə başlayacağı gözlənilir. 
 
Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm "Liverpul”un heyətində çıxdığı 14 matçda 6 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbər xətti