"Xəzər Lənkəran" və "İnter"in sabiq futbolçusu Küveyt klubunda

00:20 - 2 Yanvar 2017

Fransalı futbolçusu L`imam Seydinin yeni iş yerinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, son olaraq Maltanın “Brikirkara” klubunun uğurları üçün çalışan 31 yaşlı hücumçu karyerasını Küveytdə davam etdirəcək. Seydi bu ölkənin Premyer Liqasında mübarizə aparan “Xaytan” klubu ilə münasibətlərini rəsmiləşdirib. O, mövsümün sonuna qədər adıçəkilən komandada top qovacaq.

 

Qeyd edək ki, forvard bir müddət ölkəmizdə “Xəzər Lənkəran” və “İnter”də çıxış edib.Əvvəlcə cənub təmsilçisi ilə müqavilə imzalayan hücumçu, transfer qadağasına görə “gəmiçilər”dən ayılmış və “İnter”lə müqavilə imzalamışdı. Seydi 2015-ci ildə “Bankirlər”in heyətində keçirdiyi 7 oyunda 1 qolla yadda qalmışdı.

Xəbər xətti